MƏDƏNİYYƏT


Dövlət Arxivinin Lənkəran filialına məktəblilərin ekskursiyası təşkil olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2021-ci il iş planına uyğun olaraq filialın və Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, adıçəkilən məktəb-liseyin direktoru Akif Xalıqovun və tarix müəllimi Zamin Baxşıyevin rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada Dövlət Arxivinin Lənkəran filialının direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək, arxivin əsas fəaliyyət istiqamətləri, o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, habelə sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər barəsində ətraflı məlumat verib.

Filialın arxivçisi Afaq Hüseynova arxivdə sənədlərin mühafizə şəraitini əyani olaraq nümayiş etdirib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.