İQTİSADİYYAT


Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusda sürücünün narkotikdən istifadəsinin araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib

Bakı, 18 iyul, AZƏRTAC

İyunun 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və video görüntü ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırılması üçün hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, fakt öz təsdiqini taparsa daşıyıcı şirkət ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq. Sərnişinlərdən bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə, ilk növbədə, hüquq-mühafizə orqanlarına və avtomobil nəqliyyatı ilə daşımaları tənzimləməkdə məsul qurum qismində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.

Sərnişinlərə tövsiyə edilir ki, hadisəni telefonla qeydə aldıqdan sonra 1 ay məlum olmayan səbəblərdən gizli saxlayaraq yayımlamasınlar. Çünki bu zaman həm aidiyyəti qurumun faktı araşdırması üçün çətinlik yaranır, həm də sərnişinin (şikayətçinin) bizə məlum olmayan səbəblərdən dolayı bir ay faktı üzə çıxarmadığı aydın olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.