SİYASƏT
Dövlət Bahçeli: Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı kağız parçasından başqa bir şey deyil
Ankara, 1 dekabr, AZƏRTAC
Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı əhəmiyyətsizdir, heç bir əsası yoxdur, kağız parçasından başqa bir şey deyildir. Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiyanın Fransa senatının qərarına sərt və qətiyyətli etirazı dəyərli və layiqli bir sənətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli qurumun Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
Çıxışında Fransanın Anadolu coğrafiyasındakı insanlıq əleyhinə ağır cinayətlərindən, eləcə də ermənilərin əsasız şəkildə dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən MHP sədri Dövlət Bahçeli deyib: “Erməni quldur dəstlərinə uniforma geyindirib üstümüzə salan elə Fransadır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara