SİYASƏT


Dövlət Baxçalı: Paşinyan razılaşmanı Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı VİDEO

Ankara, 11 noyabr, AZƏRTAC

Böyük məmnuniyyətlə ifadə edirəm ki, Qarabağda 30 ilə yaxındır davam edən düşmən hegemonluğuna tarixi zərbə endirildi, Can Azərbaycan böyük qəhrəmanlıqla torpaqlarını geri aldı. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Paşinyan məlum razılaşmanı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib.

Böyük zəfər münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan əsgərini təbrik edən MHP sədri deyib: “Şanlı Azərbaycan əsgəri böyük qəhrəmanlıqla erməni dəstələrini zəbt etdikləri torpaqlardan qovub çıxarıb. Qatil Paşinyan istəməsə də məğlubiyyəti ilə barışıb, əlləri titrəyə-titrəyə razılaşmanı imzalamaq məcburiyyətində qalıb”.

Zəfəri inancın uğuru və əzmin mükafatı kimi dəyərləndirən partiya sədri bildirib ki, Ermənistan tökdüyü qanların bədəlini ödəyib, məğlubiyyətini qəbul etmək məcburiyyətində qalıb, işğala son qoyulub.

 

Sabir Şahtaxtı 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.