CƏMİYYƏT
Dövlət Bayrağı Günü münasibətilə “Bakı gözəl şəhər” adlı ekoloji təmizlik aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl!” şüarı altında təşkil etdiyi silsilə tədbir və aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində noyabrın 8-də Binəqədi rayonunda “Bakı gözəl şəhər” adlı ekoloji təmizlik aksiyası təşkil olunub. Aksiyada Binəqədi rayonunun 200-dən çox gənc fəalı iştirak edib.
Aksiya zamanı metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılardan təmizlənib.
Ekoloji təmizlik aksiyası Bakı şəhərinin Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarında da keçirilir.