SİYASƏT


Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib – FOTOREPORTAJ VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Ukraynanın Dnepr şəhərində bayraq aksiyası təşkil olunub.

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin təşkilatçılığı ilə keçirilən “Şanlı bayrağımla şəkil” aksiyası çərçivəsində şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın tarixi və rənglərinin mənası haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl bayraq aksiyası Kiyev şəhərində də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.