MƏDƏNİYYƏT


Dövlət Bayrağı Gününün təsis edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır

Bakı, 8 noyabr, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 167 nömrəli tam orta məktəbdə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, bu günün tarixi haqqında məlumat verib.

Məktəbin direktoru Qasım Qasımov çıxış edərək bildirib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb. Qeyd edib ki, Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə müvafiq Sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında milli rəqslər nümayiş olunub, şeirlər söylənilib.

Sonda mövzu ilə əlaqədar hazırlanan fotostend və kitab sərgisinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.