REGİONLAR


Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən regionlarda görüşlər keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi prosesləri ilə tanış olub, heyvan sahibləri ilə görüşlər keçirib.

DBNX-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.

B.Rzayev, həmçinin İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən “AZZA Aqro” MMC-yə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub. Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə edilib, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib. Bildirilib ki, təsərrüfatda saxlanılan heyvanların sağlamlığı tam təmin edilir və baytar həkiminin nəzarəti altında vaxtında peyvəndləmələr aparılır.

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.

Səfər çərçivəsində fermerlərlə keçirilən görüşlərdə ətraflı fikir mübadiləsi aparılıb.

Həmçinin respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barədə baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.