REGİONLAR


Dövlət Baytarlıq Xidməti Siyəzəndə profilaktik tədbirlərə başlayıb

Bakı, 11 fevral, AZƏRTAC

Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən ayrı-ayrı şəxsi təsərrüfatlarda profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon Baytarlıq İdarəsinin Eynibulaq sahə baytarlıq məntəqəsi tərəfindən Eynibulaq kənd sakini Mehrəliyev Fərəcə məxsus şəxsi təsərrüfatda olan 29 baş iribuynuzlu, 2 baş təkdırnaqlı heyvanda qarayara xəstəlikləri əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Cari ilin təbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 10997 baş iribuynuzlu, 477 baş təkdırnaqlı heyvan qarayara, 1554 baş həyət iti quduzluq xəstəliklərinə qarşı peyvəndlənib. Eləcə də 1528 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 400 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq, dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A, O tiplərinə), həm də iribuynuzlu (dabağın A, O, “Asiya-1” tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirləri aparır. Siyəzəndə bu xəstəliyə qarşı 24 min baş iribuynuzlu, 82 min baş xırdabuynuzlu heyvanın peyvəndlənməsi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maarifləndirmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

Epizootik tədbirlər planına uyğun olaraq, bundan sonra Siyəzən rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptosprioz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospriz xəstəliklərinə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.