Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

Naxçıvan, 5 iyul, AZƏRTAC

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı səyyar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərmişdir. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artmışdır. Bu hesaba daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunmuşdur.

Qeyd olunub ki, keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalına nail olunması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Çünki sağlam qida sağlam insan deməkdir. Ona görə də insanların sağlamlıqlarının qorunması tədbirlərinə ilk növbədə baytarlıq xidmətində fəaliyyəti səmərəli təşkil etməklə başlamaq lazım idi. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq təbabəti dövrün tələblərinə uyğun qurulub, müasir infrastruktur yaradılıb, maddi-texniki baza möhkəmləndirilibdir. Yerlərdə xidmətin fəaliyyətini gücləndirmək və nəzarət tədbirlərini yaxşılaşdırmaq məqsədilə istifadəyə verilən hər bir kənd mərkəzində baytarlıq məntəqələri üçün lazımi avadanlıqlarla təchiz olunmuş iş yerləri ayrılıb. Muxtar respublikada baytarlıq təbabəti üzrə ixtisaslı kadrların hazırlanmasına da diqqət artırılıb. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Heyvandarlığın inkişafında müsbət dinamikanın qorunub saxlanması, məhsuldarlığın artırılması və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması üçün Baytarlıq Xidməti fəaliyyətini daha da gücləndirməlidir. Xidmət yaradılmış şəraitdən düzgün istifadə edərək epizootik sabitliyi qoruyub saxlamalı, heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin səmərəli təşkilinə nail olmalı, istifadə olunan dərmanların keyfiyyətinə və saxlanılma şəraitinə ciddi nəzarət edilməlidir. Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması davam etdirilməlidir.

Müşavirədə vurğulanıb ki, heyvandarlığın inkişafında intensiv metodlara daha çox üstünlük verilməlidir. Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsi və əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir. Süni mayalanma işinin səmərəliyini artırmaq üçün keyfiyyətli toxum bankı yaradılmalı, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Məhsuldarlığı daha da artırmaq, heyvanlara zootexniki qaydalara uyğun qulluq göstərilməsini, eləcə də daim baytar nəzarəti altında olmasını təşkil etmək məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradılması bundan sonra da diqqətdə saxlanmalıdır.

Ali Məclisin Sədri deyib: Sərhəd yaşayış məntəqələrində dezinfeksiya işlərinin aparılmasına, epizootik vəziyyətin təhlilinə nəzarət gücləndirilməli, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlər görülməlidir. Baytarlıq Xidməti mütəmadi olaraq heyvanların yaylaqda saxlanma şəraiti ilə maraqlanmalı, mövsümə uyğun peyvəndləmə tədbirlərinin aparılmasını təmin etməlidir. Yerli arı genefondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlər görülməlidir. Ali və orta ixtisas məktəblərində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməlidir.

Ali Məclisin Sədri çıxışını aqrar sahənin inkişafının vacibliyini və əhəmiyyətini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək deyib ki, əhalini ilboyu heyvandarlıq məhsulları ilə təmin etmək aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikada 3 ət, 12 süd, 1 gön-dəri emalı, 1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir. Heyvandarlıqda damazlıq təsərrüfatlarının inkişafı əsas məsələlərdən biridir. 2009-2015-ci illərdə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə muxtar respublikaya 1937 baş düyə alınıb gətirilərək lizinq yolu ilə sahibkarlara verilib. Damazlıq və süni mayalama tədbirləri mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olub. Süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi bu sahəyə olan marağı daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov deyib ki, Dövlət Baytarlıq Xidmətinin və laboratoriyaların maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən məntəqələr yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailələrinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. 2016-cı il ərzində və 2017-ci ilin müvafiq dövründə muxtar respublikada qarayara, quduzluq, dabaq, brusellyoz, vərəm, çiçək, pasterellyoz, quşlarda taun, o cümlədən arı xəstəliklərinə qarşı epizootiya əleyhinə tədbirlər aparılıb. Bu gün əsas məsələ qeyd olunan xəstəliklərin yarada biləcəyi bioloji, zoonotik, yoluxucu təhlükələrin aradan qaldırılmasından ibarətdir. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir. Əbil Əbilov Dövlət Baytarlıq Xidmətinin kollektivi adından göstərilən qayğıya görə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına xalça və saat hədiyyə edib, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunub.

Ali Məclisin Sədri baytarlıq xidməti əməkdaşları ilə söhbət zamanı deyib: Baytarlıq təbabətinin düzgün təşkili cəmiyyətin sağlamlığına xidmət edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada epizodik vəziyyət sabitdir. Yaz və payız aylarında təsərrüfatlarda dezinfeksiya işləri aparılır, sağlam heyvandarlıq məhsulları istehsal olunur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı bu sahədə varisliyi təmin edir. Muxtar respublikada baytarlıq təbabəti üzrə kadr hazırlığı bundan sonra da diqqətdə saxlanmalı, Dövlət Baytarlıq Xidmətinin əməkdaşları daim öz üzərlərində işləməli, bilik və təcrübələrini artırmalıdırlar. Həkim baytarlar mütəmadi olaraq təsərrüfatlarda olmalı, baytarlıqda elmi metodlarla yanaşı, xalq təbabətindən də geniş istifadə olunmalıdır. Rayon icra hakimiyyətləri süni mayalandırma təbirlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və heyvanların saxlanma şəraitinə diqqəti artırmalıdırlar.

Ali Məclisin Sədri Baytarlıq Xidmətinin əməkdaşlarına təşəkkür edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb