İQTİSADİYYAT
Dövlət Dəniz Agentliyi: Gəmilərin təhlükəsizliyinin təminatı üzrə heç bir problem yaşanmayıb
Bakı, 18 yanvar, Elvin Camalov, AZƏRTAC
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində heç bir problem yaşanmayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
O bildirib ki, agentliyin Milli Mərkəzi fasiləsiz xidmət həyata keçirir. Mərkəzə təhlükəli hava proqnozu barədə məlumat daxil olan kimi gücləndirilmiş iş rejimi tətbiq edilib. Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinin idarəetmə xidmətinin ərazisində lövbərdə dayanan və ya hərəkətdə olan gəmilərlə mütəmadi əlaqə saxlanılıb.
T.Müseyibov qeyd edib ki, hazırda Azərbaycanın ərazi sularında açıq dənizdə üzən gəmi yoxdur, bütün gəmilər lövbər sığınacaqlarındadır. Yalnız növbəçəkmə ərazilərində növbə çəkən gəmilərin müəyyən fasilələrlə hərəkəti müşahidə edilir. Hər hansı bir gəminin hərəkəti müşahidə olunsa belə onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi Milli Mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir və bununla bağlı heç bir problem yaşanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]