İQTİSADİYYAT


Dövlət Dəniz Agentliyi bu il üçün fəaliyyət planını açıqlayıb

Bakı, 5 yanvar, Elvin Camalov, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi bu il üçün fəaliyyət planını açıqlayıb.

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AZƏRTAC-a deyib.

O bildirib ki, agentlik bu il kadr potensialının daha da artırılmasına üstünlük verəcək, maddi texniki bazasını gücləndirəcək. Agentlikdə fəaliyyət göstərən kadrların dil bacarıqları, təcrübələri artırılacaq.

T.Müseyibov onu da qeyd edib ki, bu il beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi də nəzərdə tutulub. İl ərzində agentliyin əməkdaşları bir sıra xarici təşkilatlarla görüşlər keçiriləcək, mühüm beynəlxalq tədbirlərə qatılacaqlar. Bu tədbirlərdə vacib sənədlər müzakirə olunacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Qurum rəsmisinin sözlərinə görə, bu il qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində də işlər görüləcək. Həmçinin Dövlət Dəniz Agentliyi fəaliyyət göstərdiyi sahə üzrə başqa ölkələrdə artıq audit yoxlamaları da həyata keçirir. Yoxlamaların aparılması bu il də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.