İQTİSADİYYAT


Dövlət Dəniz Akademiyasının tələbələri Bayraq Günü ilə bağlı layihə həyata keçirib VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, noyabrın 7-də QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Dövlət Bayrağı Günü münasibətilə “Bayraq qürur mənbəyimizdir” adlı layihə həyata keçirilib. Belə ki, ADDA-da gündəlik sıra düzülüşü zamanı 500-dən çox tələbə üçrəngli bayrağımızı başlarının üzərinə qaldırmaqla gözəl bir mənzərə yaradıblar. Bununla da gənc dənizçilər Dövlət Bayrağına və Vətənə olan sevgilərini nümayiş etdiriblər.

Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, onlarda dövlət rəmzlərinə olan hörmət və sevginin aşılanması məqsədilə keçirilən tədbirdə bildirilib ki, Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Uzun illərdən sonra həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, 1991-ci il fevralın 5-dən isə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunla Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.