DÜNYA


Dövlət Departamenti iki amerikalının Rusiya tərəfindən əsir alınması ilə bağlı məlumatı araşdırır

Bakı, 16 iyun, AZƏRTAC

ABŞ Dövlət Departamenti Ukraynada iki amerikalının Rusiya ordusu tərəfindən əsir götürülməsi ilə bağlı xəbərləri araşdırır.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə müvafiq bəyanatla çıxış edib. “Biz vəziyyəti diqqətlə izləyirik və bununla bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq”, - deyə bəyanatda bildirilir.

Bir müddət öncə, Alabama ştatının nümayəndə heyətinin üzvləri Konqresdə çıxış edərkən Ukraynada olan və Rusiya ilə müharibədə bu ölkənin silahlı qüvvələrinə kömək edən ABŞ ordusunun iki veteranının - 39 yaşlı Aleksandr Druk və 27 yaşlı Endi Tay Nqok Hyuinin bir neçə gün əvvəl itkin düşdüyünü və onların taleyi barədə heç bir məlumat olmadığını bildirmişdi. “Baguette” operativ qrupunun tviter səhifəsində isə Ukrayna hərbçiləri ilə birlikdə döyüşən iki amerikalının bir həftə öncə əsir götürüldüyü barədə məlumat paylaşılmışdı.

Qeyd edək ki, Ukrayna müharibənin əvvəlində Rusiya işğalına qarşı mübarizə aparmaq istəyən xarici vətəndaşlar üçün “Beynəlxalq Legion” adlı hərbi birlik yaradıb. Son məlumata görə, legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub. Legionerlər arasında amerikalılar və britaniyalılar çoxluq təşkil edirlər. Beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.