ELM VƏ TƏHSİL


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə radiolar arasında əməkdaşlığın təmin edilməsi barədə müzakirələr aparılıb

Bakı, 15 fevral, AZƏRTAC

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşəbbüsü ilə radio yayım şirkətlərinin rəhbərləri və tanınmış aparıcılarla onlayn görüş keçirilib.

Monitorinq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə radiolarla əməkdaşlığın təmin edilməsi barədə müzakirələr aparılıb. Mərkəzin direktoru Sevinc Əliyeva ədəbi dil normalarının qorunması məqsədilə radiolarda keçiriləcək monitorinqlərin qaydaları barədə məlumat verib. Sevinc Əliyeva bildirib ki, Monitorinq Mərkəzinin əsas məqsədi dilimizin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir. Odur ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə radiolarla birgə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır. O, monitorinqlərlə yanaşı, radio aparıcılarının nitqinin təkmilləşdirilməsi məqsədilə yaxın zamanlarda təlimlərin keçiriləcəyi barədə məlumat verib. Görüşdə radio rəhbərləri, aparıcılar əməkdaşlıqla bağlı fikir və təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.