SİYASƏT


Dövlət Dumasının komitə sədri: ATƏT-in Minsk qrupu məhsuldar işləmədi

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri qonşu ölkənin mətbuatında geniş müzakirə olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Vestnik Kavkaza”ya müsahibəsində səfəri və səfər çərçivəsindəki danışıqları regional sülhün bərqərar olması baxımından yüksək qiymətləndirib. Komitə sədri Prezident İlham Əliyevin Moskva səfərini müharibədən sonra Cənubi Qafqazda daimi sülhün bərqərar olması istiqamətində mühüm hadisə adlandırıb. Prezidentlərin görüşünün konstruktiv nəticələr verəcəyinə inandığını deyən komitə sədri prosesə üçüncü tərəflərin istənilən formada müdaxiləsinin regionda vəziyyətin normallaşmasına kömək etməyəcəyini bildirib. O deyib: “ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu məhsuldar işləmədi. İndi həmin rəsmi Paris sülh proseslərinə siyasi və maddi kömək etmək əvəzinə, yenə də tərəflərdən yalnız birini dəstəkləyir və beləliklə, bölgədə sülhün yaranmasına zərbə vurur”.

Bu səbəbdən sülh səylərinin hazırkı formatda davam etməsini məqbul sayan Kalaşnikov vurğulayıb: "Xarici aktorlar hər zaman olduğu kimi, yenə də yalnız hüquqlar, demokratiya haqqında fikirlərini ortaya qoyacaqlar, Bu isə şübhəsiz ki, hər yerdə sülh prosesinə kömək etmir. Cənubi Qafqazdakı sülhün dünyanın qeyri-regional ölkələrinin deyil, bölgədə qonşu olan dövlətlərin, ilk növbədə, Rusiya, Azərbaycan və Ermənistanın maraqlarına əsaslanması lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.