DÜNYA


Dövlət Dumasının sədri: Rusiyada səfərbərlik elan olunmayacaq

Moskva, 5 may, AZƏRTAC

Rusiyada səfərbərlik elan olunmayacaq.

AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu barədə “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində bildirib.

O həmçinin Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərindən danışaraq qeyd edib ki, Ukrayna nüvə silahından azad, bloklara qoşulmayan ölkəyə çevrilməyincə, Rusiya özünü təhlükəsiz hiss edə bilməz. Spikerin sözlərinə görə, Ukrayna Rusiyanın bu təklifləri rədd edib. “Bu qərar qəbul edilməyincə, biz özümüzü təhlükəsiz hiss edə bilməyəcəyik.

Dumanın sədri Rusiyanın mümkün nüvə hücumları barədə suala cavabında ölkəsinin yalnız cavab atəşi aça biləcəyini də diqqətə çatdırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.