MƏDƏNİYYƏT


Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılıb.

AZƏRTAC xəbər verir ki, Fonda görkəmli sənətkarın altı yüzdən çox fotoşəkili, əlyazmaları, eskizləri, ssenariləri və s. arxiv sənədləri daxil olub.

Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, Əməkdar incəsənət xadimi Rasim İsmayılov “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək” və s. filmlərinin təsvir rejissorudur. O, eyni zamanda, “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Tələ” və s. bədii filmlərin quruluşçu rejissorudur.

Əməkdar incəsənət xadimi Rasim İsmayılovun şəxsi arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 85 illiyinə ithaf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.