Dövlət Film Fondunda Fikrət Əsgərovun anadan olmasının 80 illiyi qeyd edilib
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Azərbaycan Dövlət Film Fondunda tanınmış təsvir rejissoru Fikrət Əsgərovun anadan olmasının 80 illiyinə hər olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Fikrət Əsgərovun Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verib, onu həssas və estetik gözəlliyi sevən bir insan kimi xatırladıb.
Sonra Xalq artistləri, kinorejissorlar Oqtay Mirqasımov və Əbdül Mahmudov, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist Mirzə Ağabəyli Fikrət Əsgərov haqqında xatirələrini bölüşüblər.
Tədbir boyunca Fikrət Əsgərovun lentə aldığı “Günlərin bir günü”, “Qayınana”, “Bizi bağışlayın” və “Yük” filmlərdən fraqmentlər nümayiş etdirilib.









Xəbərin mətnində orfoqrafik səhv var