MƏDƏNİYYƏT
Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa hazırlayacaq
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rejissoru, Əməkdar Artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan milli teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir. Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.
N.Kazımov cari ilin iyulun 28-dən sentyabrın 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək Vətənə dönəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]