MƏDƏNİYYƏT


Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndələri Milli Kitabxanada olublar

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndələri Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov rəhbərlik etdiyi Akademiyanın Azərbaycan Milli Kitabxanası ilə birgə son illər ərzində həyata keçirdiyi tədbirlərdən söz açaraq, həm ulu öndər Heydər Əliyevin bir vaxtlar Milli Kitabxanada olarkən həmin kitabxanaya hədiyyə etdiyi kitabların sərgisinin təşkili, həm də Gömrük Akademiyasında keçirilən görüşlərin şəxsi heyətin mənəvi tərbiyəsində və mütaliəyə həvəsinin yüksəldilməsində böyük rol oynadığını bildirərək gələcək əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

General-mayor Qulu Novruzov həmçinin, son vaxtlar Gömrük Akademiyasının tələbələrinə və müəllim heyətinə kitabxana-informasiya xidməti ilə bağlı görülən işlərdən, eləcə də bu xidmətə tətbiq olunan innovativ yeniliklərdən bəhs edərək tələbə və müəllim heyətinin Milli Kitabxananın elektron bazasında olan nəşrlərdən səmərəli istifadə etmələrini təmin etmək üçün köməklik göstərilməsini xahiş edərək, eyni zamanda, öz tərəflərindən Milli Kitabxanaya istənilən məsələlərdə dəstək göstərəcəyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Milli Kitabxananın oxucularının əksərinin tələbə-gənclər olduğunu vurğulayıb. Dövlət Gömrük Komitəsi Akademiyası ilə keçirilən bir sıra tədbirlərin kitabxanaçılar üçün də səmərəli olduğunu qeyd edib.

Qarşılıqlı müzakirə zamanı Milli Kitabxananın elektron bazasında olan və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun imkan verdiyi səviyyədə kitabxananın bütün açıq elektron resurslarının Dövlət Gömrük Komitəsi Akademiyasının tələbə-müəllim heyəti üçün əlçatan olmasını təmin etmək barədə qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması və bu müqavilədə göstərilən məsələlərin, həmçinin digər əlaqədar məsələlərin öz əksini tapması qərara alınıb.

Sonda Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun Milli Kitabxananın Akademiya ilə birlikdə həyata keçirdiyi səmərəli xidmətlərinə görə, eləcə də Ekspert Komissiyasının sədri kimi kitab və digər çap məhsullarının ölkədən çıxarılması və ölkəyə gətirilməsi işlərinin təşkilində Dövlət Gömrük Komitəsi ilə birgə səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin sədrinin əmrilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyini bildirmiş və yubiley medalını professor Kərim Tahirova təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.