İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi “donuz qripi” ilə bağlı lazımi tədbirlər görüb VİDEO

Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən “donuz qripi” ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə komitənin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “donuz qripi” ilə bağlı bütün sərhəd-keçid məntəqələrində virus əleyhinə xüsusi avadanlıqlar quraşdırılıb. Bu sahədə Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla iş aparılır. “Artıq yüksək nəticələr əldə edilib. Əhalinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı bütün göstəricələr nəzərə alınıb. Əhalinin məlumatlandırılması, eyni zamanda, xəstəliyin ölkəmizdə yayılmaması üçün xüsusi dezinfeksiyaedici karantin sahələr yaradılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.