İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi maarifləndirici videoçarx hazırlayıb VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi maarifləndirici videoçarx hazırlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr – idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.