İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi yeni yoxlama aparatı almağı planlaşdırır

Qusar, 25 sentyabr, Elvin Camalov, AZƏRTAC

Dövlət Gömrük Komitəsi "Body Scan" (B-Scan) yoxlama aparatı almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, alınan avadanlığın maliyyə dəyəri 150-200 min avrodur. Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq.

A.Məmmədov qeyd edib ki, avadanlıqların bu ilin sonunadək gətirilməsi nəzərdə tutulub və yeni avadanlıqlar əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində və digər məntəqələrdə yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.