ELM VƏ TƏHSİL


Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, akademiyanın tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri və əməkdaşları bayram münasibətilə təbrik edib, bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətçiliyimizin simvolu olduğunu vurğulayıb. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin bayraqlarının sırasında xüsusi yer tutan indiki bayrağımızın Şərqdə ilk demokratik respublika olan, 100 illiyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyəti tərəfindən təsis edildiyini, 70 il ərzində sovetlər dövründə yasaq olunduğunu, yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayrağın Naxçıvan Muxtar Respublikasının bayrağı elan edildikdən sonra onun ikinci həyatının başlandığını qeyd edib. R.Hümbətov gənclərə Vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, bayrağımızı hər zaman uca tutmağı tövsiyə edib.

Sonra dahi müğənni Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

“Hüquqşünaslıq” ixtisasının 1-ci kurs tələbəsi Aynur Mirzəyeva şair Ramiz Qusarçaylının müəllifi olduğu “Azərbaycan bayrağı” şeirini oxuyub.

“Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Mirtehran Salayev özünün müəllifi olduğu “Bayraq” şeirini təqdim edib.

Tədbirin sonunda akademiyanın qarşısındakı meydanda tələbələr fləşmob nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.