REGİONLAR


Dövlət Gömrük Komitəsinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək

Bakı, 22 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 25-də saat 11:00-da Balakəndəki Heydər Əliyev Mərkəzində (Səttar Gözəlov küçəsi 1) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqataladakı Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) Zaqatala rayonundan, Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qaxdakı Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postu (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.