REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Göygöl şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:30-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (Hummel küçəsi, 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Göygöl, Samux, Daşkəsən, Şəmkir rayonlarının və Gəncə şəhərinin sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-33) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.