Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinin sədri Pakistanın “The News” nəşrinə müsahibə verib

Dövlət Gömrük Komitəsinin sədri Pakistanın “The News” nəşrinə müsahibə verib

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Pakistan İslam Respublikasının “The News” nəşrinə müsahibə verib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Aydın Əliyev müsahibədə Azərbaycan-Pakistan münasibətləri, o cümlədən iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və perspektivləri barədə fikirlərini bölüşüb. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti barədə də danışıb.

Müsahibədə vurğulanıb ki, Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına xüsusi önəm verdiyi ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Bu ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu və diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığının da mühüm rol oynadığı bildirilib.

Aydın Əliyev xatırladıb ki, Pakistanın hələ orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olan Multan şəhərindən Azərbaycana, xüsusilə Bakı şəhərinə tacirlər səfər ediblər. Təxminən beş yüz il öncə Bakı hökmdarları Multan tacirləri üçün karvansara - Multan karvansarası inşa etdirib. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə ediblər. Multan karvansarası dəyərli mədəni və tarixi irs kimi hazırda Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır”, - deyə müsahibədə bildirən DGK sədri onu da əlavə edib ki, ölkələrimiz arasında münasibətlər inkişaf edir, beynəlxalq məsələlərdə hər iki ölkə bir-birinin mövqeyini dəstəkləyir.

Qeyd edilib ki, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolu olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinə misilsiz töhfələr verib. Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana tarixi rəsmi səfəri və səfər zamanı imzalanan sənədlər toplusu ölkələrarası münasibətlərin bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri, eləcə də sonrakı illərdə Azərbaycan və Pakistan rəhbərləri arasında baş tutan görüşlər bu əlaqələri daha da gücləndirmək baxımından uğurlu olub.

Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğu, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda Pakistanın mövqeyini müdafiə etdiyi bildirilib.

Aydın Əliyev onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir və bu layihələr gələcəkdə də davam etdiriləcək.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə toxunan DGK sədri öncə diqqətə çatdırıb ki, iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi-ticari və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanlar var.

“İndi qarşıda duran əsas vəzifələr sırasında ikitərəfli iqtisadi münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir. Bu baxımdan, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə müəssisələrin təsis edilməsi, eləcə də investisiyaların cəlbi, nəqliyyat layihələrinə qoşulma və sair məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Ümidvaram ki, Azərbaycan və Pakistan rəhbərlərinin səmimi dostluq münasibətləri əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə xüsusi təkan verəcək”, - deyə Aydın Əliyev müsahibədə bildirib.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə gəlincə, diqqətə çatdırılıb ki, hələ 2004-cü il iyulun 8-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş imzalanıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu gömrük hüquqpozmaları, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük işinin təşkili və digər sahələrdə qarşılıqlı əməkdaşlıq edir. Hazırda bu əlaqələri qarşılıqlı maraq doğuran bütün sahələrdə dərinləşdirmək zəruridir.

Müsahibədə müstəqil Azərbaycan gömrüyü haqda ayrıca məlumat verən Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin əsası 1992-ci il yanvarın 30-da qoyulub. Onun gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları vardır. Hüquqi bazaya ölkə Konstitusiyası və qanunları, Prezidentin sərəncam və fərmanları, Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sazişlər və digər hüquqi aktlar daxildir.

Qeyd edilib ki, bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq mühafizə və mobil bölmələri, eləcə də “Hədəf” mərkəzi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində, o cümlədən gömrük xidmətində inkişafa nail olunub. Ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir. Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.

Daha sonra məlumat verilib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılan mühüm addımlardan biri sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə “Yaşıl dəhliz” və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox gömrük xidmətləri elektron əsasda göstərilir, eyni zamanda, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və mallar və nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır.

Azərbaycanın gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi barədə də danışan Aydın Əliyev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən ÜGT ilə fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir.

Müsahibənin sonunda Dövlət Gömrük Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında iştirak etmək üçün Pakistana edəcəyi səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrinin bütün sferalarda uğurla inkişafına xidmət edəcək. Eyni zamanda, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri ilə Fələstinin Baş naziri arasında telefon danışığı olub

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb