REGİONLAR


Dövlət Gömrük Komitəsinin sədri Sumqayıtda vətəndaşlarla görüşüb

Sumqayıt, 1 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Əvvəlcə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Sumqayıt Şəhər İcra Hakimiyyətini başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.