İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb

Bakı, 14 mart, AZƏRTAC

Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Komitəsinin sədri Samat İsabekovla Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib.

DGK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasındakı mehriban dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, həmçinin gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə layihənin Orta Dəhlizin cəlbediciliyinin artırılması, əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tranzitin və ticarətin asanlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.