ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasında məzunlarla görüş olub

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) məzunlarla görüş olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Akademik U.Ələkbərov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdə bilik və bacarığın rolunu vurğulayıb. Rektor respublikamızın çox sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.

Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan nailiyyətlərdən danışan U.Ələkbərov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı, dosent Aydın Mirzəzadə, DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev və başqaları məzunları təbrik edib, onlara xoş arzularını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.