ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasının kollektivi “Şöhrət” muzeyində ekskursiyada olub

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) kollektivi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində ekskursiyada olub.

DİA-dan AZƏRTAC-a bildirilib ki, iştirakçılar ümummilli lider Heydər Əliyevin muzey önündə ucaldılmış abidəsini ziyarət ediblər.

Ekskursiya zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Şöhrət” muzeyində keçirilən tədbirin əhəmiyyətini qeyd edib.

Akademik Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası, təhlükəsizlik, sabitlik, dövlətçiliyin qorunması istiqamətində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib.

Rektor dövlətimizin başçısı tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərdə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev əsl müdriklik nümayiş etdirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılıb. Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyini, eləcə də ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini Prezident İlham Əliyev 2006-cı il martın 27-də akademiyaya gələrkən açıb.

Muzeydə dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran zəngin ekspozisiyalar Ulu Öndərin həyat və fəaliyyətini əhatə edir.

Ekskursiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəhbərliyi, Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi, struktur bölmələrinin əməkdaşları, tədqiqatçılar, tələbə və magistrantlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.