ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasının magistraturasının boş qalan yerlərinə qəbul elan edilib

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasının kompüter elmləri (iqtisadi fəaliyyətin riyazi və informasiya təminatı) ixtisaslaşması üzrə qəbul elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində yer alıb. Bildirilib ki, 14 nömrəli proqrama aid bu ixtisaslaşmaya qəbul əyani formada rus bölməsində ödənişli əsaslarla aparılır.

Xatırladaq ki, 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 14-dək davam edəcək. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.