ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasının tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun təşəbbüsü ilə bu ali məktəbin siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.

DİA-dan AZƏRTAC-a bildiriblər ki, bundan məqsəd tələbələrin müvafiq sahədə nəzəri biliklərə yiyələnmələrinin səmərəliliyini artırmaqdır.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana məxsus hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası istiqamətində işlənib hazırlanmış dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gənclərdə ekologiya sahəsində hüquqi təfəkkürün formalaşdırılması, onların ətraf mühitin mühafizəsi ilə bağlı fəallığının artırılması, ekoloji hüquq pozucusuna münasibətdə qanunun düzgün tətbiq edilməsi istiqamətində yeni biliklərə yiyələnməsinin təmin edilməsi məqsədilə DİA-nın siyasi idarəetmə fakültəsində “Ekologiya hüququ” fənni tədris edilməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində tələbələr bu qurumun strukturu ilə tanış olub, ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qəmbərovun “Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda mühazirəsini, ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovanın ekoloji maarifləndirmədə hüquqi biliklərin rolu ilə bağlı tövsiyələrini dinləyiblər.

Sonra DİA-nın professoru İsaxan Vəliyev səmərəli keçən görüşün təşkilinə və təcrübi dərsə görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.