ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi 29 şəhər və rayonda sınaq imtahanı keçirib

Bakı, 27 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün mayın 27-də respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və rayonlarında ümumilikdə 59 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24.584 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanları bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmayıblar.

İmtahan protokolları və cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini DİM-in internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.