ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: 39 minədək abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Bakı, 10 avqust, AZƏRTAC

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saat 10.00-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11472, II ixtisas qrupu üzrə 8527, III ixtisas qrupu üzrə 9886, IV ixtisas qrupu üzrə 2888 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrə isə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 3017 nəfərdir.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 38677 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.