ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib

Bakı, 13 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23.59-dək davam edəcək.

İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16 min 649, II qrup üzrə 11 min 698 , III qrup üzrə 14 min 143, IV qrup üzrə 4 min 79, V qrup üzrə isə 3 min 786 nəfərdir. Avqustun 13-ü saat 10.00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14 min 392, II qrup üzrə 10 min 829, III qrup üzrə 12 min 185, IV qrup üzrə 3 min 548, V qrup üzrə isə 3 min 538 nəfərdir. Ümumilikdə 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Abituriyentlər qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.