ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib

Bakı, 19 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Kitabçanı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Nəşrin elektron versiyasını isə (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.