ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Bakı və regionlarda konfranslar təşkil edəcək

Bakı, 1 noyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Bakı şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçiriləcək.

Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq və bu qurumun həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, konfranslarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı ictimaiyyət nümayəndələri məlumatlandırılacaq. Həmçinin ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqədar təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat veriləcək.

Konfransların yekununda ötən il ərzində fərqlənən imtahan rəhbərləri və nəzarətçilərin təltifolunma mərasimi keçiriləcək.

Konfranslar Gəncədə noyabrın 3-də, Şəkidə noyabrın 5-də, Lənkəranda noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakıda isə noyabrın 17-də təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.