ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul oktyabrın 20-də saat 13.00-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyənlərdən DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrində oktyabrın 13-dən 19-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan- 17.00-dək qeydiyyat aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]