ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri noyabrın 30-da Neftçalada vətəndaşları qəbul edəcək

Bakı, 17 noyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbul noyabrın 30-da saat 10.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti, 34) keçiriləcək.

Qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyənlərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 19, tel.: (02121) 5-15-23) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Neftçala, Salyan , Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon təhsil şöbələrində noyabrın 20-dən 29-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçməklə qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.