ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Lənkəranda elmi-metodik seminarlar keçirəcək

Bakı, 5 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 9-da saat 11:00-da Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə (Şirəli Axundov küçəsi, 7) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə elmi‑metodik seminarlar keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak edə bilərlər.

Elmi-metodik seminarların proqramları ilə DİM-in saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.