ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edib

Bakı, 11 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya hazırlaşanlara kömək məqsədilə “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, vəsait patologiya (patoloji anatomiya) üzrə Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramı əsasında hazırlanıb.

Vəsait ümumi və xüsusi patologiya hissələrindən ibarətdir. Birinci hissədə xəstəliklərin inkişafı zamanı ümumi patoloji dəyişikliklər ətraflı təsvir edilir. İkinci hissədə isə müxtəlif üzv və sistemlərin xəstəlikləri, eləcə də infeksion xəstəliklər, prenatal və perinatal patologiyalar verilib. Kitabda patoloji anatomiya üzrə müasir məlumatlar, 163 şəkil və 24 cədvəl öz əksini tapıb. Vəsaitdən əsas (baza ali) tibb təhsili verən universitetlərin tələbələri, rezidenturaya hazırlaşanlar, eləcə də həkimlər istifadə edə bilərlər.

Nəşri “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.