ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Bakı, 7 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Jurnal Azərbaycan və rus dillərində çap olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri, elmi-metodik məqalələr və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları DİM-in aşağıda qeyd edilən ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.