ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: Son iki ildə dövlət sifarişi üzrə ayrılan yerlərin sayı artıb

Bakı, 24 iyun, AZƏRTAC

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında 21370 nəfər (əlavə olaraq 105 yer müsabiqədənkənar) tələbə qəbulu nəzərdə tutulmuşdu. Bu yerlərin 42.70 faizi I qrupun, 19.13 faizi II qrupun, 19.74 faizi III qrupun, 11.70 faizi IV qrupun, 6.73 faizi V qrupun payına düşürdü. Əvvəlki illə müqayisədə cari ildə dövlət büdcəsinin vəsaiti hesabına tələbə qəbuluna ayrılan yerlərin sayı 8.24 faiz (1626 yer), ümumi qəbul planındakı payı isə 41.34 faizdən 44.04 faizədək artıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ayrılmış yerlərin sayındakı dəyişiklik ixtisas qrupları üzrə müxtəlif olub. Cari ildə II, III, IV və V qruplara daxil olan ixtisaslar üçün ayrılan yerlər, müvafiq olaraq 31.10, 12.63, 10.62 və 0.07 faiz artıb, I qrupa daxil olan ixtisaslar üçün isə 0.63 faiz azalıb. Ümumiyyətlə, son iki ildə dövlət sifarişi üzrə ayrılan yerlərdə kəskin artım müşahidə olunur. Belə ki, 2018-ci illə müqayisədə 2020-ci ildə dövlət sifarişi üzrə ayrılan yerlərin sayı 81.02 faiz (9565 yer) artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.