ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edir

Bakı, 8 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, aşağıdakı TKT modulları üzrə imtahanlar təklif edilir:

-TKT Module 1

-TKT Module 2

-TKT Module 3

-TKT Module YL (Young Learners)

-TKT Module CLIL (Content Language Integrated Learning)

İmtahan 2021-ci il avqustun 23-də keçiriləcək. Müraciətlər iyulun 8-dək qəbul edilir.

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Cambridge ingilis dili üzrə qiymətləndirmə), “Cambridge English Teaching” (Cambridge ingilis dili üzrə tədris) və “LinguaSkill” imtahanlarını təklif edir.

Namizəd imtahana qeydiyyatdan keçdikdən sonra 5 (beş) gün ərzində elektron ünvanına göndərilmiş sənəd (faktura/invoice) əsasında ödəniş etməklə qeydiyyatını təsdiq edə bilər.

“Cambridge” imtahanları barədə ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş keçiddən əldə etmək mümkündür. Əlavə suallar üçün [email protected] elektron poçtuna yazmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.