ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi TOEFL imtahanı keçirəcək
Bakı, 13 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında fevralın 15-də TOEFL imtahanı keçiriləcək. İmtahan saat 09:30-da başlayacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən şəxslər saat 08:30-dan gec olmayaraq göstərilən ünvanda olmalıdırlar.
TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupundan olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.