REGİONLAR


Dövlət İmtahan Mərkəzi bölgələrdə məzun və abituriyentlərin maarifləndirilməsi ilə bağlı təlimlər keçirəcək

Gəncə, 9 iyun, Rauf Hacıyev, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın bölgələrində məzun və abituriyentlərin maarifləndirilməsi ilə bağlı təlimlər keçirəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı olaraq Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Daşkəsən rayonunda keçirdiyi qəbul zamanı DİM-in Regional Mərkəz rəhbərlərinə tapşırıq verib.

Məleykə Abbaszadə bildirib ki, bölgədəki məzunların və abituriyentlərin bir çoxu elektron ərizənin doldurulması, sınaq imtahanlarında iştirak üçün qeydiyyatdan keçmə, eləcə də imtahan nəticələrinin öyrənilməsi ilə bağlı zəruri prosesləri bilmədiklərindən rayon və kəndlərdə müəyyən vəsait qarşılığında ayrı-ayrı şəxslərə müraciət edirlər. Bu cür halların yolverilməz olduğunu deyən Məleykə Abbaszadə DİM-in Regional Mərkəz rəhbərlərinə bölgələrdəki məzun və abituriyentləri təlim prosesinə cəlb etmək, onlara praktik olaraq elektron ərizələrin doldurulması, sınaq imtahanlarına müraciət, eləcə də imtahanlardan sonra nəticələrini öyrənə bilmələri üçün maarifləndirmə işlərinə başlanılmasına tapşırıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.