ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edir

Bakı, 21 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs qablaşdırılmış içməli suyun satınalınması üçün kotirovka sorğusu elan edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iddiaçılar kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar:

kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlərin, nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);

kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)

kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş);

iddiaçının tender təklifi.

Kotirovka təklifləri yanvarın 29-u saat 15:00-dək M. Müşfiq küçəsi, 1M (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-502-47-53/56/58, daxili 144) ünvanına təqdim olunmalıdır.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib edilməlidir (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri yanvarın 30-u saat 11:00-da zərflərin açılışında iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.