ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi müsahibənin keçirilmə qaydalarına dair növbəti təlim keçirib
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) iyulun 11-də “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda növbəti təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Azərbaycan Respublikası Hesablama Palatası aparatının inzibati rəhbər vəzifəli dövlət qulluqçuları iştirak ediblər. Təlim müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibəyə hazırlıq, namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi meyarları və digər mövzuları əhatə edib.
Təlim DİM-in dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin əməkdaşları tərəfindən aparılıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]